Bakıda insan oğurluğunda təqsirləndirilən dəstəyə dekabrın 17-də Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bu barədə APA məlumat yayıb.
Hökmə əsasən təqsirləndirilən şəxslər - Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən Fərəh Rəsulovaya isə sınaq müddəti seçilməklə şərti cəza verilib.
Adam oğurluğunda sifarişçi olan Aygün Abbasovaya isə 5 il həbs cəzası təyin edilib. O, cəzasını övladının 14 yaşı tamam olandan sonra çəkməyə başlayacaq.
Dəstə üzvləri arasında idmançılar, dünya və Avropa çempionları var.