Bakının Xəzər rayonundakı aeroport şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA iyulun 4-də xəbər yayıb.
Məlumata əsasən, sərnişin avtobusu şosedən keçən 46 yaşlı piyadanı vurub. Yaralı hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma davam edir.