Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib. Bu barədə iyunun 14-də Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində “Sizin Yurd” MMC tərəfindən ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Eyni zamanda, MMC-nin direktoru Xəlil Əsgərov isə 5 min manat məbləğində inzibati cərimə edilmişdir.