Zaqatala, İsmayıllı, Goranboy, Lerik və Bakı şəhərinin Xətai rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə 13 iyun tarixində Baş Prokurorluq məlumat verib.
Məlumata əsasən, meşə fonduna daxil olan ağacların müvafiq icazə olmadan qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 24 min manat məbləğində maddi ziyan dəyib.
Bildirilib ki, “qanunsuz ağac kəsmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” və “səhlənkarlıq” maddələrilə cinayət işləri başlanılıb.