Ağcabədi rayonunda bu il 10 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu barədə iyunun 6-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.
Cari ildə 12 000 hektardan artıq pambıq sahəsində, 19 000 hektardan çox taxıl sahəsində və 6 322 hektar digər bitkilər əkilən sahədə və 25 630 hektar yonca sahəsində suvarma işləri aparılıb.
Bundan başqa, idarənin balansında olan nasos stansiyalarında da təmir işləri aparılıb.