Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC yaxın bir ayda Ağcabədi rayonunda 10 ədəd subartezian quyusunu istifadəyə verməyi planlaşdırır. Bu barədə 14 oktyabr tarixində Report məlumat verib.
Rayon ərazisində uzun müddət istismar olunmuş və su sərfi azalmış mövcud 111 ədəd subartezian quyularından son 5 ildə ayrılan vəsaitə uyğun 35 ədədində əsaslı təmir işləri aparılıb. Bu il 15 ədəd, növbəti ildə daha çox quyunun əsaslı təmir olunması həyata keçiriləcək. Bununla da, 2024-cü ildə qeyd olunan quyuların əsaslı təmiri, əsasən, başa çatdırılacaq.
Bundan başqa, hər il orta hesabla 400-500 quyuda cari təmir işləri görülür.