Ağdamdan Şuşaya Əsgərandan keçməklə yeni avtomobil yolunun inşası planlaşdırılır. Bu barədə APA mayın 23-də xəbər yayıb.
Yeni yolun inşasını Türkiyənin "Kolin İnşaat" şirkəti həyata keçirəcək. Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb.
Qeyd edək ki, "Kolin İnşaat" Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.