Ağdam Cümə Məscidində təmir-bərpa işlərinə başlanılıb. Bu haqda Trend mayın 27-də reportaj hazırlayıb.
Məscidin tarixi görünüşünə xələl gəlməsin deyə, təmir işləri həssaslıqla və əl ilə görülür. Məscidin mehrabı da qəzalı vəziyyətdə olduğuna görə təmir olunacaq. Həmçinin təmir işləri minarələrdə də aparılacaq.
Bildirilib ki, havanın çox isti olmayacağı təqdirdə məscidin təmir işləri daha tez sona çatacaq.
Ağdam Cümə Məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Bu abidə Ağdamın işğalı dövründə nisbətən az dağıntıya məruz qalmış yeganə tikilidir.