Ağdamda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 20 iyul tarixində xəbər verir.
Ağdam polisi çətənə bitkisinin kultivasiyasını təşkil etməkdə şübhəli bilinən rayon sakini Elvin Hüseynovu saxlayıb. Onun həyətyanı sahəsində aparılan axtarış zamanı dibçəklərdə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 17 ədəd çətənə bitkisi, eləcə də marixuana aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.