Ağdam Sənaye Parkının rezidentlərinə 50 milyon manatdan çox investisiya yatırılacaq. Bu barədə iyulun 5-də iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter hesabında paylaşım edib.
190 hektar ərazidə yerləşən Parkın hazırda 9 rezidenti var. Burada 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır.
2/2#EconomyAz pic.twitter.com/WOUvUJqYmn
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 5, 2022