Daha 2 sahibkara Ağdam Sənaye Parkında rezidentlik statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, bunlar metal məmulatları istehsal edən “Agah Group” MMC və ağır texnikaya xidmət göstərən BƏƏ kapitallı “Expert Services FZE” şirkətidir. Layihələrin investisiya dəyəri 9 milyon manatdan çoxdur. İnşa olunacaq müəssisələrdə 60 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, bununla da Ağdam Sənaye Parkının rezidentlərinin sayı 9-a çatıb.
həm də istehsal fəaliyyəti ilə məşğul olacaq. #İnvestisiya dəyəri 9 mln. manatdan çox olan layihələrin reallaşması ilə 60 nəfər daimi işlə təmin ediləcək.
2/2#EconomyAz pic.twitter.com/rGL30ze7ku
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 13, 2022