Ağdamda Xaçınçay çayına gələn sel içində sürücü və sərnişin olan avtomobili aparıb. Bu barədə iyunun 25-də APA xəbər yayıb.
Məlumata görə, çaydan keçmək istəyən "VAZ 2107” markalı avtomobili sel aparıb. Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.
Sürücü, sərnişinlər və onları xilas edən edən şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.