Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola salınır. Bu barədə 26 sentyabr tarixində APA məlumat yayıb.
4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdıracaq.
Həmçinin növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.
Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə göndərilir.
[gallery link="file" columns="2" size="full" ids="132586,132587"]