Ağdamda itkin düşən 35 yaşlı kişi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən Report məlumat verib.
Məlumata əsasən,1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
***
12:41
Ağdamda 35 yaşlı kişi itkin düşüb. Bu barədə 8 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə iyunun 6-da rayonun Ayaq Qərvənd qəsəbəsində qeydə alınıb.
Belə ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 1987-ci il təvəllüdlü Ələkbərov Eldar Ədalət oğlu yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.