Ağdam rayonunda avtomobil aşıb, sürücü ölüb. Bu barədə 20 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, hadisə iyunun 18-i rayonun Evoğlu kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.