Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevin nəşi Ağdam rayonuna gətirilib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Şəhidin nəşi Ağdam rayonunun “Dördyol-2” qəsəbəsində ailəsinə təhvil verilib.
Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Məmməd Hüseyn oğlu Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb.
M.Mirzəyev Quzanlı qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunacaq.