Bu gün, mayın 13-də Ağdamda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı minaya düşüb. Bu barədə FHN-dən məlumat verilib.
Minatəmizləmə əməliyyatı zamanı Süleyman Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
“Həkim nəzarətinə götürülən yaralıya lazımi tibbi yardım göstərilir”, - bildirilib.