Bu gün, mayın 7-də Ağdamda Daxili Qoşunların hərbi qulluqçusu, 25 yaşlı Ömərov Seyidağa Mirzəağa oğlu minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı dizdən aşağı amputasiya edilib. Hazırda vəziyyəti stabildir.
***
12:24
Ağdamda hərbçi minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Əzizağa Umarov xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.