Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.
Bu barədə 25 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
“Bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir”, - məlumatda bildirib.
[gallery link="file" columns="2" size="full" ids="132459,132460"]