Ağdamda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə iyunun 30-da Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Mahir Hüseynovun yaşadığı evin həyətyanı sahəsindən yetişdirdiyi çətənə bitkiləri və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.