Ağdamın Zəngişalı, Əhmədağalı və Qərvənd kəndlərində mayın 6-na keçən gecə qəbiristanlıqlardan oğurluqlar edilib. Bu barədə mayın 9-da Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
İki şəxs qəbiristanlıqlarda bir neçə məzarın üzərindən güldanları oğurladığına görə saxlanılıb. Onlar daha öncə də oğurluğa görə məhkum olunublar.
Faktla bağlı araşdırma davam edir.