Ağdamda minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər həlak olub. Bu barədə iyunun 20-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Hadisə iyunun 18-i saat 19:00 radələrində Xındırıstan kəndində baş verib. Qəza zamanı sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. Digərinin isə vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.