Ağdamda silah-sursat aşkarlanıb. Bu barədə 11 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, sözügedən rayonun ərazisində, Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.