Bu gün, mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Bu barədə dövlət başçısının mətbuat xidməti tərəfindən məlumat verilib.
Onlar Ağalı kənd sakinləri ilə görüşüb və burada yaradılan şəraitlə tanış olublar.
Həmçinin ölkə rəhbəri Zəngilanda salınan intensiv meyvə bağı ilə tanış olub.
[URIS id=50409]