Ağstafada həyat yoldaşını balta ilə qətlə yetirməkdə təqsirləndirilən qadının məhkəməsi başlayır. İş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə iyunun 14-də Report xəbər verib.
Hadisə 2022-ci ilin yanvar ayında Dağ Kəsəmən kəndində baş verib. 1985-ci il təvəllüdlü Aynur Abdullayeva ailədaxili münaqişə zəminində 1984-cü il təvəllüdlü həyat yoldaşı Elvin Abdullayevi balta ilə boynundan vuraraq öldürüb. Məlumatda deyilir ki, hadisə E.Abdullayev yatdığı zaman baş verib.
A.Abdullayevaya qarşı “qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə” maddəsilə cinayət işi açılıb.
Qeyd edək ki, ailənin 2 övladı var.