Ağstafa rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Bu barədə 24 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbirdə alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər. Festivalda innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri nümayiş etdirilib.
Qeyd edək ki, bundan öncə İnnovasiya Festivalları Füzuli, Lənkəran, Quba və Qobustanda keçirilib.
[URIS id=55906]