Ağstafa rayonunda Zəfər Forumu keçirilir. Bu barədə 19 oktyabr tarixində Report məlumat verib.
Forum Aqrar Sənaye Kompleksinin tədbir zalında keçirilir.
Qeyd olunub ki, Zəfər Forumu bundan əvvəl oktyabrın 18-də Gəncə şəhərində keçirilib.
Növbəti forumlar isə Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.