Ağsuda qadını qəbiristanlıqda qətlə yetirib basdıran şəxsin cinayət işi məhkəməyə göndərilib. Bu barədə iyunun 30-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə 28 yanvar 2017-ci il tarixdə baş verib. Asif Manafov yaxın münasibətlərdə olduğu qadını aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq öldürüb. Daha sonra o, meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb.
Cari ilin mart ayında həmin şəxs məhkəmənin qərarı ilə həbs olunub. Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.