Ağsuda qadını öldürən 31 yaşlı şəxsin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə iyulun 2-də Report xəbər paylaşıb.
Məhkəmənin hazırlıq iclası iyulun 15-də baş tutacaq.
Hadisə 2017-ci ilin yanvar ayında Ağsu rayonunun Qaraqaşlı kənd qəbiristanlığında baş verib.
Saxlanılan şəxs yaxın münasibətdə olduğu qadını aralarında yaranmış mübahisə nəticəsində bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, axşam saatlarında meyiti Baş Şirvan kanalının yaxınlığında basdırıb.
Saxlanılan şəxs “qəsdən adam öldürmə” maddəsilə ittiham olunub.