Azərbaycanda aprel ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi milli valyuta ekvivalentində 10,3 milyard manatdan çox təşkil edib. Bu da ötən ilin aprelin 1-i ilə müqayisədə 27,3% çoxdur. Bu barədə 17 may tarixində dərc edilmiş Dövlət Statistika Komitəsinin son hesabatında deyilir.
Məlumata əsasən, əmanətlərin 57,7%-i milli, 42,3%-i isə xarici valyutada yerləşdirilib. İl ərzində milli valyutada olan əmanətlərin həcmi 47,9%, xarici valyutada olan əmanətlərin həcmi isə 7% artıb.