Çətin vəziyyətdə olan ailələrin sayını azaltmaq məqsədilə Ailə Nazirliyinin yaradılması təklif edilir. Bu haqda mayın 18-də APA Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya istinadən xəbər verib.
“Nə qədər inkişaf təmin edilsə də, hər zaman ailə institutunun problemləri olub”, - deyə sədr qeyd edib.
Həmçinin Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun sözlərinə görə, televiziya verilişlərində ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişi çoxalıb.
Azərbaycanda Ailə Günü 2007-ci ildən qeyd olunur.