“Al Market” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimələnib. Bu barədə 18 may tarixində Report məlumat verib.
Bildirilib ki, bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsində elan olunub.
Məlumata əsasən, “Al Market” şirkətinə “yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi” maddəsilə cərimə protokolu yazılıb.