Ali məktəblərin bakalavr səviyyəsinə və tam orta təhsil bazasında kolleclərə sənəd verənlərin sayı açıqlanıb. Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında əks olunub.
15 mart saat 10:12-yə olan statistikaya əsasən, ümumilikdə 74 487 abituriyent ərizəsini təsdiq edib. Onlardan 68 144-ü Azərbaycan, 6 343-ü isə rus bölməsi üzrə təhsil alanlardır.
Ərizə qəbulu martın 17-dək internet vasitəsilə aparılır. Prosesdə həm cari, həm də əvvəlki illərin məzunları iştirak edə bilərlər. İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul üçün qeydiyyat sayı ilə statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.