Azərbaycan vətəndaşları Almaniyada axtarışa verilib. Bu barədə iyunun 18-də Report məlumat yayıb.
Belə ki, Şimali Reyn Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslər deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər. Əyalət məhkəməsi onların saxlanılması ilə bağlı qərarı təsdiqləyib.
Hazırda üçü bir ailənin üzvü olan yeddi soydaşımızın axtarışı davam edir.
Qeyd edək ki, iyunda Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.