Bakıda evlərdən 2 milyon manatlıq oğurluq edən Cavid Süleymanov və Əhməd Əhmədova hökm oxunub.
APA-nın məlumatına görə, Cavid Süleymanov 9 il, Əhməd Əhmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verəndən sonra açılıb.
Oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurulduğu müəyyən edilib.