Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüş keçirib. Bu haqda 8 dekarda nazir öz Twitter hesabında paylaşım edib.
O məlumat verib ki, görüş çərçivəsində iki ölkə arasındakı mövcud iqtisadi əməkdaşlıq və amerikalı sərmayədarların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb.
Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və #işğaldanazadedilmişərazilər-imizin bərpasında iştirakı barədə müzakirə apardıq. 2/2#EconomyAz pic.twitter.com/D8eDuimBRU
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 8, 2021