Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimində iştirak edir. Bu haqda iyunun 23-də Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlər Türkiyənin Konya şəhərində keçirilir.
Uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.
[URIS id=55424]