İyunun 17-də Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşı Cəbrayılda minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
31 yaşlı Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib. Faktla bağlı araşdırma aparılır.