İyunun 22-də Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə əməkdaşlıq edən Böyük Britaniya şirkətinin əməkdaşını Füzulidə ilan sancıb. Bu barədə ANAMA-ya istinadən APA məlumat yayıb.
Yaralıya ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.