Mayın 2-dən 7-dək işğaldan azad edilmiş ərazilərdə 132 mina aşkarlanıb. Bu barədə mayın 10-da Azərbaycanın Minatəmizləmə Agentliyindən bildirilib.
Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 344 hektar ərazi təmizlənib.
Qeyd edək ki, aprel ayında azad edilmiş ərazilərdə 823 ədəd mina aşkarlanmışdı. Nəticədə 1 701,5 hektar ərazi sursatlardan təmizlənmişdi.
[gallery columns="1" size="full" link="file" ids="47573"]