Bakıda anasını öldürməyə cəhddə təqsirləndirilən Rövşən Nəcəfova hökm oxunub. O, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bu haqda mayın 18-də Report xəbər yayıb.
Hadisə ötən ilin oktyabrında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı anası, 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovanı bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Rövşən Nəcəfov Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd” maddəsilə təqsirləndirilir.