Anasını öldürən şəxs ekspertiza üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. Bu barədə APA iyulun 4-də xəbər paylaşıb.
Vəkilin sözlərinə görə, saxlanılan şəxs hadisə zamanı anlaqsız vəziyyətdə olub.
Bakının Nəsimi rayonunda 2021-ci ilin dekabr ayında 32 yaşlı şəxs 62 yaşlı anasını kirayədə birgə yaşadığı evdə boğazından yaralayaraq qətlə yetirib.
O, “qəsdən adam öldürmə” maddəsilə ittiham olunub.