Azərbaycan idmançısı Anna Başta İtaliyanın Paduya şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə Qran-pri yarışında qızıl medal qazanıb. Bu barədə 23 may tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, idmançımız yarışın reytinq favoriti olub.
Qeyd edək ki, Anna bundan öncə Bolqarıstan və Yunanıstanda keçirilən dünya kubokunun mərhələ yarışlarında da qızıl medal qazanıb.