Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı şəhid olan Süleymanov Elşad Məmməd oğlu Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn edilib. Bu barədə 29 sentyabr tarixində Report məlumat verib.
Elşad Süleymanov sentyabrın 19-da antiterror tədbirləri zamanı Ağdam istiqamətində şəhid olub.
Şəhid olan Süleymanov Elşadın nəşi Goranboy rayonunun Qızılhacılı qəsəbəsinə gətirilib.
Antiterror tədbirlərində şəhid olmuş hərbçilərdən 186 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər mülki şəxsdir. Bununla da şəhidlərimizin sayı 198-ə çatmışdır.
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı
[gallery link="file" columns="1" size="full" ids="133117"]