Azərbaycan Silahlı Qüvvələri tərəfindən keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti tibbi ekspertizaya göndərilib. Bu barədə İnsanoid Səhiyyə Nazirliyinə istinadən bu gün, 27 sentyabr tarixində məlumat verir.
Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək həmin şəxslərin adları açıqlanacaq.
Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.