2022-ci ilin aprel ayında dövlət tibb müəssisələrinə 850 minə yaxın şəxs 1 571 809 dəfə müraciət edib. Bu barədə 18 may tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat verib.
Məlumata əsasən, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 3,5 milyona yaxın olub. Pasiyentlərin 30%-ni uşaqlar, 70%-ni böyüklər təşkil edib.
Bildirilib ki, cari ilin aprel ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 329 213 şəxs müraciət edib. Bu, ölkə üzrə qeydə alınan bütün müraciət sayının 41%-ni təşkil edir.
Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin sırasında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasıdır.