2022-ci ilin aprel ayında ölkəyə 84 402 əcnəbi səfər edib. Bu barədə mayın 6-da APA Dövlət Turizm Agentliyinə istinadən xəbər paylaşıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə turistlərin sayı 84% artıb. 2021-ci ilin aprelində Azərbaycana 45 764 əcnəbi gəlib.
Ümumilikdə cari ilin yanvar-aprel aylarında ölkəni ziyarət edən xaricilərin sayı 330 679 nəfər təşkil edib.
Turistlərin çoxu Türkiyə, Rusiya, İran, Gürcüstan və Hindistandandır.