Aqrar Sığorta Fondu ölkədə qeyri-sabit hava şəraiti ilə əlaqədar fermer və sahibkarlara müraciət edib. Bu haqda iyunun 23-də Fondun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
“Hava şəraitinin pisləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fonda məlumat vermək tələb olunur”, - deyə bildirilib.
Azərbaycanda indiyədək qeydə alınan ən böyük sığorta hadisəsi martın 5-də qeydə alınmışdı. Əsən güclü külək və yaranmış qum fırtınası taxıl sahəsinə zərər vurmuşdu. İlkin qiymətləndirməyə görə, sahibkarlara dəyən zərərin məbləği 400 min manat idi.