Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşğulluğun təminatına dəstək məqsədilə həmin qurumda və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunda 500 nəfəri işlə təmin edəcək. Bu barədə 14 mart tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, işlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və sair peşələrdə çalışacaqlar.
Qeyd edək ki, işlə təmin edilənlərlə əmək müqaviləsi bağlanacaq.