Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş 5 513 kiloqramdan çox dondurma məhsulları məhv edilib. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Məhsullar “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.